Avtomobili izdihamın üzərinə sürən şəxsin cəzası ölüm oldubackend

Avtomobili izdihamın üzərinə sürən şəxsin cəzası ölüm oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin mərkəzi Hunan əyalətinin Çanqde şəhərinin məhkəməsi noyabr ayında avtomobili camaatın üzərinə sürən Huanq Ven adlı şəxsə ölüm hökmü çıxarıb. Bu barədə dekabrın 23-də “Sinxua” agentliyi məlumat yayıb. “Çanqde Şəhər Aralıq Xalq Məhkəməsi Huanq Ven-i təhlükəli vasitələrlə ictimai təhlükəsizliyə təhlükə törətmək ittihamı ilə edam cəzasına məhkum edib.

Xatırladaq ki, insident noyabrın 19-da səhər saatlarında şəhərin Dinçen rayonunda baş verib. Müttəhim avtomobili izdihamın üzərinə sürüb. Maşın dayandıqdan sonra o, düşüb və yoldan keçənlərə hücum etməyə davam edib. Nəticədə 18-i məktəbli olmaqla 30 nəfər yaralanıb”, – “Sinxua” yazır. İstintaq müəyyən edib ki, cinayətin motivi “investisiya itkiləri və ailə münaqişələri” olub.

//Samir Qurbanov, Editor.az