Avtosistern partladı, 40-dan yuxarı adam öldübackend

Avtosistern partladı, 40-dan yuxarı adam öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liberiyada avtosisternin partlaması nəticəsində ölənlərin sayı 40-a çatıb. Ən azı 83 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə “Front Page Africa” səhiyyə nazirinin müavini Frensis Kateyə istinadən məlumat yayıb. AFP-nin yerli polisə istinadən verdiyi xəbərə görə, dekabrın 27-də avtosistern Bonq qraflığının Totota şəhərinə gedən yolda xəndəyə düşüb. İlkin olaraq 15 nəfərin öldüyü bildirilirdi.

Ölənlər arasında bir qadın və 6-9 yaş arası üç uşaq da var. Zərərçəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

//Samir Qurbanov, Editor.az