Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti kiçik Donald Trampın oğlu Co Bayden administrasiyasının Ukraynanın Rusiyaya uzaqmənzilli silahlardan atəş açmasına icazə verməsi ehtimalını tənqid edib.
İş adamı bu qərarın müəlliflərini “axmaqlar” adlandırıb. “Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya Müharibəsinə başladıqlarına əmin olmaq istəyir” – deyə X-də yazıb. Ukrayna əleyhinə fikirləri ilə tanınan respublikaçı konqresmen Marjorie Taylor Greene də Baydeni 3-cü Dünya Müharibəsini başlamağa cəhddə ittiham edib.
“Amerika xalqı noyabrın 5-də Amerikanın son qərarlarına qarşı mandat verib və başqa insanların müharibələrini maliyyələşdirmək və ya döyüşmək istəmədiyini bildirib. Biz öz problemlərimizi özümüz həll etmək istəyirik. Bəsdir, buna son qoyulmalıdır” – deyə o yazıb.
//Samir Qurbanov, Editor.az