“Axmat”ın komandiri Ukraynada öldürüldübackend

“Axmat”ın komandiri Ukraynada öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Rusiya Milli Qvardiyasının “Axmat” xüsusi çevik reaksiya bölməsinin komandirlərindən biri məhv edilib.

Editor.az “Mukachevo.net”ə istinadən xəbər verir. 128-ci əlahiddə dağ hücumu Zakarpat briqadasının zabiti Yaroslav Qalas bildirir ki, bu Zaporojye vilayətinin Robotino istiqamətində baş verib.

Məhv edilən rus işğalçısının adı və rütbəsi açıqlanmır. Qeyd olunur ki, həmin gün ukraynalı pilotsuz uçuş aparatlarının pilotlarından birinə işğalçıların arabalarına nəzarət etmək əmri verilib. Daha sonra məlum olub ki, “Axmat” batalyonunun komandiri oradadır.

//Samir Qurbanov, Editor.az