Avqustun 8-sə axşam saatlarında Ukraynanın hər yerində hava həyəcanı elan edilib.
Editor.az bildirir ki, bu barədə Hərbi Hava Qüvvələri Teleqram-da yazıblar. “Bütün Ukraynada raket təhlükəsi var! Savasleyka aerodromundan MiQ-31K qalxıb. Hava hücumu xəbərdarlığına diqqət edin!”
Xatırladaq ki, “Kinjal” raketinin potensial daşıyıcısı olan Rusiyanın MiQ-31K təyyarəsinin havaya qalxması ilə əlaqədar olaraq, adətən, bütün ölkə ərazisində həyəcan təbili çalınır. Hərbi Hava Qüvvələrində izah edildiyi kimi, Kh-47 “Kinjal” aeroballistik raketi bir neçə dəqiqə ərzində uçur və çox dəqiq zərbələr endirə bilir.
Ukraynanın hava hücumundan müdafiə sistemində ballistikaya qarşı dura biləcək kifayət qədər Qərb tipli silahlar hələ ki, yoxdur.
/Samir Qurbanov, Editor.az