Axşam yeməyini gec yemək və səhər yeməyindən imtina etmək sağlam olmayan vərdişlərdirbackend

Axşam yeməyini gec yemək və səhər yeməyindən imtina etmək sağlam olmayan vərdişlərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Hallim Universitetinin alimləri müəyyən ediblər ki, axşam yeməyini gec yemək və səhər yeməyindən imtina etmək ürək xəstəliyi riskini artırır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri MDPI-də (Multidisciplinary Digital Publishing Institute) dərc edilib. Tədqiqatda 16 121 nəfər iştirak edib. Alimlər onları yuxu və qidalanma rejimlərinə görə dörd qrupa ayırıblar. Birinci qrupdakı iştirakçılar tez yuxuya gediblər, oyanıb səhər yeməyi yeyiblər. İkinci qrupdakılar yuxudan tez oyansalar da müntəzəm olaraq səhər yeməyi yeməyiblər. Üçüncü qrupun vərdişləri gec yatmaq, oyanmaq və müntəzəm səhər yeməyi yemək kimi müəyyən edilib. Dördüncü qrupdakı könüllülər gec yuxuya gedib, gec oyanıblar, və çox vaxt səhər yeməyini yeməyiblər. İştirakçılar həmçinin adətən nə vaxt nahar yediklərini bildiriblər.

Məlum olub ki, səhər yeməyini yeməmək, axşam yeməyini gec yemək metabolik sindromun inkişaf riskini artırır. Metabolik sindrom piylənmə ilə əlaqəli metabolik bir xəstəlikdir. Bu patologiyası olan insanlarda ürək xəstəliyi, diabet, oynaq xəstəlikləri və xərçəng riski artır. Həmçinin məlum olub ki, axşam yeməyinin gec olması və səhər yeməyinin olmaması kişi sağlamlığına daha çox zərər verir. Belə vərdişləri olan kişi iştirakçılar qadınlardan daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.

//Gülnarə Abasova, Editor.az