Axtarışda olan 16 yaşlı qızın cansız bədəni tapıldı – Qatilin kimliyi ailəsini dəhşətə gətirir – FOTObackend

Axtarışda olan 16 yaşlı qızın cansız bədəni tapıldı – Qatilin kimliyi ailəsini dəhşətə gətirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aydın (Türkiyə) şəhərində iki gündür itkin düşən qızın meyidi boş bir sahədə aşkarlanıb. 16 yaşlı Yağmur Tayhanı öldürən şəxs atasının iş yoldaşı olub.

Editor.az haberler.com-a istinadən xəbər verir ki, Yağmur Tayhan ailəsi ilə yaxınlarının toyunda iştirak üçün şəhərə gəlib. Valideynlərinə bazarda bir işi olduğunu söyləyib. Lakin getdiyi yerdən qayıtmayıb. Qızlarından xəbər ala bilməyən ailəsi vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildirib. Polis gənc qızın cəsədini aşkar edərkən onun bədənində kəsici alət izləri olduğunu müəyyən edib. Ən dəhşətlisi odur ki, gənc qızın qatili atasının iş yoldaşıdır.

Naməlum səbəbdən yaranan mübahisə nəticəsində qatli N.C. öz evinin terrasında gənc qızı bıçaqlayaraq öldürüb. Sonra da meyidi öz evinin yanındakı ərazidə qoyaraq hadisə yerindən uzaqlaşıb. Lakin, polis qısa müddətdə onu parkda həbs edib.