Ayağının uzunluğunu 13 sm uzatmaq üçün 130 min avro xərcləyibbackend

Ayağının uzunluğunu 13 sm uzatmaq üçün 130 min avro xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamburqda yaşayan 32 yaşlı alman realiti-şou ulduzu Tereziya Fişer ayaqlarını 13 sm uzatmaq üçün bir neçə ağrılı prosedurdan keçdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, müxtəlif əməliyyatlardan sonra boyu 1.80-ə çatan Fişer yeni sümük toxumasının böyüməsini təmin edən teleskopik polad çubuqları çıxarmaq üçün səkkizinci və son əməliyyatından sonra Frayburqdakı Universitet Xəstəxanasını tərk edib. Fişer yenidən yeriyə biləcək qədər sağalana qədər ehtiyaclarını qoltuq dəyənəyi və əlil arabası ilə qarşılayacağını bildirib.

Gənc ulduzun keçirdiyi əməliyyatlar üçün 130 min avrodan çox pul xərclədiyi iddia edilirdi. Gərgin əməliyyatı 8 çətin ili əhatə edən Fişer ilk ayağını 2016-cı ildə, ikincisini isə 2022-ci ildə edib. Bud və alt ayaq sümükləri kəsilərək çubuqlarla baldır sümüklərinə yerləşdirilib. “8 ildir çəkdiyim fiziki və ruhi ağrılar o qədər böyük idi ki, sözlə ifadə edə bilmirəm. Nəhayət, bitdi və bu gün 1,84 boyundayam”,- gənc qadın deyib.

//Gülnarə Abasova, Editor.az