Ayanın yaşadığı bina çökə bilər – Bu məsələyə ciddi yanaşmalıdır – VİDEObackend

Ayanın yaşadığı bina çökə bilər – Bu məsələyə ciddi yanaşmalıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.

Editor.az olay-a istinadən xəbər verir ki, sənətçi Nəriman Nərimanov rayonu ərazisində yerləşən evinin parkinqinin su ilə dolduğunu, amma bu barədə tədbir görülmədiyini qeyd edib.

O, video paylaşaraq çoxmərtəbəli binanın çökmə təhlükəsi ilə üz-üzə gəldiyini açıqlayıb:

“Bura yaşadığımız binanın qarajıdır. Hazırda suyu bir az yığıblar. İki aydır belədir. Bu qədər məsuliyyətsizlik olar? Aidiyyatı orqanlar maraqlanmalıdır.  Bu suyu analiz ediblər, təbii Şollar suyudur.  Binanın çökməsinə səbəb olacaq.

Gəlib vannalarla suyu doldurub boşaldırlar. Cəmi bir dəfə problemi aradan qaldırmağa çalışıblar.  Binanın arxa hissəsi çökmə təhlükəsi ilə üz-üzədir. Orada Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı da var. Bu məsələyə ciddi yanaşmalıdır”.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!