Aygün Bəylərin bacısı efirə çıxdı: “O, yanımda olanda çox sıxılıram” – VİDEObackend

Aygün Bəylərin bacısı efirə çıxdı: “O, yanımda olanda çox sıxılıram” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aygünün xəstəliyindən sonra sanki bir qolum qırılıb. Aygünün adını təmsil etdiyim üçün çox qorxuram. Bu, böyük məsuliyyətdir. Sənətkar yanında olanda çətindir. Tək olanda daha azadam, rahatam. O, yanımda olanda çox sıxılıram. Buna baxmayaraq, Aygünlə güclü oluram.

Bu sözləri Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova qonaq olduğu “Günün sədası” verilişində deyib.

Bacısının xəstəliyindən söz açan ifaçı həm də bildirib ki, yeni mahnılar yazdırmağı planlaşdırır:

“Aygün xəstələndikdən sonra sənətə qarşı bir az tənbəllik yarandı. İndi şükür ki, yaxşıdır. Onunla duetlərimiz daha rahat olurdu, seçimləri edirdi, bir böyük, sənətkar kimi məsləhət verirdi, kömək edirdi”. (publika)

Milli.az