Aygün Bəylərin son vəziyyəti AÇIQLANDIbackend

Aygün Bəylərin son vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:

“Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun”.

Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.