Aygün ilə Namiq yenidən bir arada – VİDEObackend

Aygün ilə Namiq yenidən bir arada – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər.

Sənətçilər iştirak etdikləri məclislərdən birində “Sevirəm” adlı məşhur duetlərini səsləndiriblər.

Duet ortaqları ifaları zamanı bir-biri ilə səmimi ünsiyyəti və rəqsləri ilə diqqətləri üzərilərinə cəmləyiblər.

Pop-diva ilə meyxanaçının sözügedən görüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu illər əvvəl duet ortağı olublar. Daha sonra tərəflər uzun müddət küsülü qalıblar.