AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə açıqlama: “4 ildir fəaliyyətini dayandırıb”backend

AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə açıqlama: “4 ildir fəaliyyətini dayandırıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.
AYNA-dan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
“Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib.
Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, – deyə AYNA-dan bildirilib.