AYNA-dan taksilərlə bağlı açıqlamabackend

AYNA-dan taksilərlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt ərazisində taksi kimi fəaliyyət göstərən avtomobillərin ağ və qırmızı rənglərlə əvəzlənəcəyi barədə iddialara aydınlıq gətirib.

Qurumdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən taksi nəqliyyat vasitələrinə müvafiq icazə veriləcək:

“Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq”.