AYNA taksilərlə bağlı daha bir məsələyə aydınlıq gətirdibackend

AYNA taksilərlə bağlı daha bir məsələyə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb deyil.

Editor.az AYNA-ya istinadən xəbər verir ki, Amma bu fəqləndirici nişanlar tətbiq edilirsə, o zaman taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.