Aynurun qızı da qızılcaya yoluxdu: “Çox narahatam” – VİDEObackend

Aynurun qızı da qızılcaya yoluxdu: “Çox narahatam” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aynur Dadaşovanın qızı qızılca xəstəliyinə yoluxub.

Editor.az  bizim.media-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib.

Aynur bildirib ki, qızının temperaturu olsa da, bədənində səpgilər müşahidə edilməyib:

“Qızım 6 nömrəli məktəbdə təhsil alır. Bu son 3-4 gün 39 dərəcə temperaturu oldu, amma səpgiləri olmadı. Onu məktəbdən saxlamadım. Gedir-gəlir. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var”.