Ayrılıq üçün ən uyğun aylar açıqlanıbbackend

Ayrılıq üçün ən uyğun aylar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Marianna Abravitova bildirir ki, uğursuz romantik münasibəti sonlandırmaq üçün ən uyğun dövr yaz ayları, xüsusilə isə aprel ayıdır.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, aprel və may aylarında insanlar, xüsusilə də artıq daxili qərarlarını vermiş olduqları hallarda həyatlarında mühüm dəyişikliklərə daha asan qərar verirlər.

Psixoloq bunu təbii proseslərlə əlaqələndirir. Onun sözlərinə görə, günəş işığının artması, qışdan sonra təbiətin canlanması insanın emosional vəziyyətinə müsbət təsir göstərir. Bu dövrdə xoşbəxtlik hormonlarının səviyyəsi yüksəlir, əhval-ruhiyyə yaxşılaşır və özünə inam artır.

Mütəxəssis vurğulayır ki, məhz bu səbəbdən insanlar yaz aylarında böyük dəyişiklikləri daha rahat qəbul edir və bu dəyişikliklərlə bağlı qorxu hissi əhəmiyyətli dərəcədə azalır. Eyni zamanda, yaz və yay aylarının daha aktiv həyat tərzi üçün geniş imkanlar yaratması da mühüm rol oynayır. Gəzintilər, səfərlər və sosial fəaliyyətlərin artması ayrılıq prosesini psixoloji baxımdan daha yüngül keçirməyə kömək edir.

Bundan əlavə, bu dövr fərdi inkişaf və özünə qayğı üçün də əlverişli hesab olunur. Ayrılıqdan sonra yeni münasibətə başlamağa hazır olan şəxslər evdən kənarda daha çox vaxt keçirərək yeni insanlarla tanış olmaq imkanı əldə edirlər. Belə həyat tərzi sosial çevrənin genişlənməsinə və yeni əlaqələrin qurulmasına təbii şəkildə şərait yaradır.

//Gülnarə Abasova, Editor.az