Aysun: Başıma gələnlər məni qınayanların başına gəlsinbackend

Aysun: Başıma gələnlər məni qınayanların başına gəlsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilovla bağlı şərhi cavablandırıb.

Editor.az  sfera.az-a istinadla xəbər verir ki, Aysun İsmayılova İnstaqramda bir istifadəçinin  “Ayıbdır, sanki acıq verirsiniz. Pis-yaxşı, həyat yoldaşınız olub” şərhinə “Mən öz iş-gücümdəyəm. Fikir verirsinizsə, ümumiyyətlə, bu haqda danışmamışam və danışmayacam. Ailə ilə gündəmə gəlmək kimə lazımdırsa, o danışır. Mənim ona ehtiyacım yoxdur. Belə də başıma gələnlər məni qınayanların başına gəlsin”, – rəyini yazıb.

Qeyd edək ki, yaxın günlərdə Aysun İsmayılovanın şikayəti əsasında Eşqin Cəlilov 30 sutka inizbati qaydada həbs olunub. Daha sonra Aysun şikayət ərizəsini geri götürüb və E.Cəlilov azadlığa çıxıb.