Aysun sükutu pozdu: “Başına gəlsin, İnşallah!”backend

Aysun sükutu pozdu: “Başına gəlsin, İnşallah!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür boşanma və keçmiş həyat yoldaşı tərəfindən döyülməsi xəbəri ilə gündəmdən düşməyən müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yeni açıqlaması ilə gündəmə gəlib. 

 

Boşandıqdan sonra keçmiş əri barədə heç bir açıqlama verməyən A.İsmayılova sükutu pozub.

Müğənni yeni imicini və klipinə hazırlıq mərhələsində çəkilmiş rəqs görüntülərini sosial şəbəkə hesabında pərəstişkarları ilə bölüşüb.

Uzun saçlarını qısa kəsdirən Aysun ona şəxsi həyatı ilə bağlı şərh yazan izləyicisini də cavabsız qoymayıb.

Belə ki, “Ayıbdır, vallah, elə bil acıq verirsiniz. Axı pis-yaxşı yoldaşınız olub. Nə yatdınız ki, nə yuxu görəsiniz? Camaat ac, susuz, geyimsiz hər şeyə dözür. Hər əməlimizə görə Allah qarşısında cavab verəcəyik” – deyə izləyicilərindən biri Aysunu qınayıb.

Aysunun ona cavabı isə sərt olub:

“Mən öz işimdə-gücümdəyəm. Fikir verirsinizsə, ümumiyyətlə, bu haqda danışmamışam, danışmayacağam da. Ailə ilə gündəmə gəlmək kimə lazımdırsa, o danışar, mənim buna ehtiyacım yoxdur. Kim reklam olunmaq istəyirsə, o, açıqlama verir. Belə də ki, mənim başıma gələnlər məni qınayanların başına gəlsin, İnşallah!”

Sözügedən görüntüləri təqdim edirik:

Yenisabah