“Aysunun Eşqinlə ailə qurmasına razı olmamışam” – VİDEObackend

“Aysunun Eşqinlə ailə qurmasına razı olmamışam” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəfiqəlikdən başqa Aysunla bacı kimiyəm. Narahat insanam, amma Aysun heç zaman heç nəyi büruzə vermir, bildirmir. Aysunun adi cüzi bir şeyinə görə, dünyanı dağıdaram, yıxaram”.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qızı Aysun ilə qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətçi bildirib ki, yaxın dostu Eşqin Cəlilovun qızı Aysunla ailə qurmasına razı olmayıb. İsmayılova bu izdivacın Aysunun təkidi ilə baş verdiyini açıqlayıb:

“Aysunun Eşqinlə ailə qurmasına razı olmamışam. Bunu Aysun özü istəyib. Eşqini o qədər özümə yaxın bilmişəm ki, heç zaman ağlıma gətirməzdim ki, nə zamansa gəlib kürəkənim olacaq. Eşqinlə aramda çox yaxın dostluğumuz olub. Həyatda səhvsiz insan olmur. Hər zaman Eşqinə deyirəm ki, Aysunu sənə etibar etmişəm. Sən yaşca Aysundan böyüksən. Cavan ailəsiniz. Hansı cütlüyün arasında evləndikdən sonra hər şey düz gedir? Həyat yoldaşı Fazil bəyin 50-dən çox yaşı var. Bizim də bir də görürsən ki, aramızda söz-söhbətlər yaşanır. Eşqinin çox gözəl valideynləri var. Onlara çox böyük hörmətim var. Bu həyatda mənim üçün var-dövlət, pul ən axırıncı şeylərdir”.

Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub.

Bir neçə həftə əvvəl isə müğənni “Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım” fikirləri ilə uzun sürən sükutu pozub.