Aytən Səfərova televiziyaya qayıtdı: Əvvəlki vəzifəsinə geri dönmədibackend

Aytən Səfərova televiziyaya qayıtdı: Əvvəlki vəzifəsinə geri dönmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl qəzaya düşən “Xəzər” TV-nin aparıcısı Aytən Səfərova işinə geri dönüb.

Bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

Onun sözlərinə görə, artıq teleaparıcının vəziyyəti yaxşıdır.

Televiziyaya qayıtmağına baxmayaraq, Səfərova əvvəlki vəzifəsinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.

Mənbə deyib ki, istintaq davam etdiyi üçün bu mövsüm aparıcının efirə çıxması məqbul sayılmır. Hətta ona işə qayıtmasını publik şəkildə açıqlamamaq tövsiyə edilib.

Səfərovanı “Xəbər ertəsi” verilişində mövsümün sonuna qədər jurnalist Ruzana Kərimli əvəz edəcək.

Aparıcı hazırda telekanalda redaktor vəzifəsində çalışır.

Aytən Səfərova baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığına əmindir.

Xatırladaq ki, aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri üzündən xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.