Ayxan Hacızadə: “Toivo Klaar qərəzli münasibətindən qurtula bilmir” – FOTObackend

Ayxan Hacızadə: “Toivo Klaar qərəzli münasibətindən qurtula bilmir” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Toivo Klaar qərəzli münasibətindən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mediasında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar qərəzli bəyanatla çıxış edib. O, “Azərbaycan media kanallarında Ermənistana qarşı təhdidləri qəbuledilməz” adlandırıb.