“Azərbaycan və Gürcüstanın gələcək münasibətləri bu baxımdan mühüm əhəmiyyətə malikdir”- ŞƏRHbackend

“Azərbaycan və Gürcüstanın gələcək münasibətləri bu baxımdan mühüm əhəmiyyətə malikdir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanda yeni bir hakimiyyət formalaşıb, hökumətdə yeni simalar təmsil olunur. Həm Gürcüstan baş naziri, həm XİN rəhbərləri yeni təyin olunub. Azərbaycanla Gürcüstanın kifayət qədər önəmli strateji, iqtisadi, siyasi münasibətləri var və iki müttəfiq ölkənin bu baxımdan daim rəsmi şəxsləri kontekstində görüşlər keçirtməsi vacib əhəmiyyətə malikdir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Analitik martın 12-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşünü də şərh edib:

” Bildiyimiz kimi ölkənin XİN rəhbəri də Bakıya səfər edib. Bu konteksdə ikitərəfli qarşılıqlı səfərlər Azərbaycan- Gürcüstan münasibətlərinin gələcəyi baxımdan vacib əhəmiyyətə malikdir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, ötən il bir neçə dəfə Cənab Prezident İlham Əliyevin Tbilisiyə səfərləri olub. Həmçinin Gürcüstan rəhbərliyinin, baş nazirinin də Azərbaycana bir neçə səfəri reallaşıb və qısa bir müddət ərzində baş tutan bu qarşılıqlı səfərlər, dövlət başçıları və müxtəlif rəsmi şəxslər səviyyəsində işgüzar əlaqələrin daim dərinləşdirilməsi Azərbaycan və Gürcüstanın gələcək münasibətləri baxımından mühüm əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqazın lider ölkəsi kimi Gürcüstan hər zaman Azərbaycanla münasibətlərə böyük önəm verib. Hətta Gürcüstan Azərbaycan və Ermənistan arasında da sülh danışıqlarının növbəti mərhələsində bir məkan olmaq üçün də müraciət etmişdir. Hesab edirəm ki, Azərbaycanla Gürcüstanın əlaqələri iqtisadi baxımdan daha da dərinləşəcək. Bütün bunlar iki ölkə arasında rəsmi səviyyəli işgüzar görüşlərin mütəmadi və çevik keçirilməyini labüd edir”.

//Gülnarə Abasova, Editor.az