Azərbaycan və Türkiyə bir yumruq kimi birgə mübarizə aparmalıdır: “İttihamların heç bir əsası yoxdur”backend

Azərbaycan və Türkiyə bir yumruq kimi birgə mübarizə aparmalıdır: “İttihamların heç bir əsası yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR Türkiyəyə qarşı ittihamların heç bir əsası yoxdur. Çünki SOCAR İsrailə neft satmır. Bu məlumat həqiqəti əks etdirmir. Rəsmi məlumatda da qeyd olunduğu kimi, şirkət neft satışını beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçirir. Bu kontekstdə, hazırda SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.Təcrübəyə əsasən, dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, SOCAR-a qarşı aksiya Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır:

“Məqsəd Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan SOCAR-ı və bütövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır. Məsələ burasındadır ki, SOCAR Türkiyə qardaş ölkənin ən nəhəng investorlarından biridir. On altı il ərzində təxminən 18.3 milyard ABŞ dollar dəyərində sərmayə ilə, strateji meqa layihələrlə Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye qrupudur. Bu səbəbdən bu təxribat kampaniyasının həm də Türkiyənin əleyhinə yönəldiyini söyləyə bilərik.

Hesab edirəm ki, təxribatçıların bu cəhdləri fiaskoya uğrayacaq. Bu məsələdə Azərbaycan və Türkiyə bir yumruq kimi birgə mübarizə aparmalıdır. Türkiyə cəmiyyəti yaxşı bilir ki, SOCAR Türkiyə Türkiyə və Azərbaycan xalqının ortaq maraqları və rifahı üçün fəaliyyət göstərir”.

//Gülnarə Abasova, Editor.az