“Azərbaycan və Türkiyənin növbəti birgə layihəsi uğurla reallaşdı”- Millət vəkili “Teknofest Azərbaycan”ın əhəmiyyətini ŞƏRH EDİRbackend

“Azərbaycan və Türkiyənin növbəti birgə layihəsi uğurla reallaşdı”- Millət vəkili “Teknofest Azərbaycan”ın əhəmiyyətini ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyənin növbəti birgə layihəsi olan “Teknofest Azərbaycan” uğurla reallaşdı.Bildiyimiz kimi “Teknofest” ilk dəfə Türkiyədən kənarda başqa bir ölkədə keçirilirdi. Belə bir festivalın ölkəmizdə keçirilməsi isə hpər mənada mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, festival yarışlarının təşkili, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, həmçinin milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımdan da çox faydalı oldu:

“Bir neçə gün davam edən “Texnofest” tədbirləri çərçivəsində Türkiyə və Azərbaycan hərbi təyyarələrin şəhər səmasında uçuşlarını izlədik və çox qürurlandıq. “Türk Ulduzları”nın, qardaş ölkənin hərbi təyyarələrinin Bakıda olması, həm də mesajdır. İndiki qarışıq siyasi gedişatda, bir çox ölkələrin münasibətlərində aqressiyanın pik həddə çatdığı zamanda hər kəsə güclü mesajdır ki, Türkiyə öz dəstəyi ilə Azərbaycanladır. Təyyarələrin səmamızda çəkdiyi simvollar, dünyaya mühüm mesajlar ötürdü.
Müstəqillik dövrümüzdən bu günə kimi bizə ən yaxın, ən çox dəstək olan ölkə qardaş Türkiyə dövləti olub. Azərbaycan-Türkiyə münasibətləri nə qədər çox inkişaf edib güclənsə regionda sabitlik, sülh bir o qədər tez bərpa olacaq. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi. Biz bu gün də həmin dəstəyi hiss edirik. Texnofest festivalı isə qardaşlığımızın nümunələrindən sadəcə biridir. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı zamanı dünyaya verilən mesaj da məhz bundan ibarətdir ki, biz birlikdə daha güclüyük.
Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər iki dövlət səylə çalışır”.

//Gülnarə Abasova, Editor.az