Azərbaycanda qiymət artımına təsir edən əsas amillər: “Özəl sektorun inkişafına şərait yaradılmalıdır”backend

Azərbaycanda qiymət artımına təsir edən əsas amillər: “Özəl sektorun inkişafına şərait yaradılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bahalaşma ilbəil davam edir və pandemiya dövründən bu yana daha sürətlə inkişaf edir. Çünki Azərbaycan özü-özlüyündə müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarından aslı ölkədir. Biz idxaldan aslılığımızı hələ də qoruyub saxlayırıq. Eyni zamanda, Azərbaycanda qiymət artımına təsir edən əsas amillərdən biri hökumətin qərarlarıdır. Çünki tariflər və kommunal xidmətlərin yeganə istehsalçıları və satıcıları Azərbaycanda dövlət büdcəsi təşkilatlarıdır. Bu qurumların idarəçiliyi də normal qaydada həyata keçməməsi və onlar üzərində ictimai nəzarətin olmaması bu qurumların rəhbərlərinin ciddi maxinasiyalara yola verməsinə gətirib çıxarır”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

İqtisadçı alim bildirib ki,  ölkədəki bahalaşmalar fonunda büdcədən aslı olan şəxslərin maaş və pensiyalarını artırmaq dövlətin borcudur:

” Bununla yanaşı, özəl sektorun inkişafına da şərait yaradılmalıdır ki, vətəndaşlar daha çox qazansın və qiymət artımı onların həyatında problem yaratmasın. Ona görə də inhisarçılıq ləğv olunmalı, iqtisadi şəffaflıq müəyyən olunmalıdır. Əgər kommunal xidmətləri göstərən qurumlar üzərində nəzarət güclü olarsa, onların müəyyən etdiyi tariflər maya dəyərinə uyğunlaşdırılar. Çünki qonşu ölkələrdə enerji, təbii qaz və neft məhsullarının az olmasına baxmayaraq elektrik istehsalının maya dəyəri Azərbaycanla müqayisədə 3-4 qəpiyi ötmür. Azərbaycanda qazın çıxarılması və çatdırılması ilə bağlı maya dəyəri vətəndaşlara 4-5 qat baha satılır. Eyni tendensiyanı bir çox dövlət şirkətlərinə də aid etmək olar. Beləliklə nəzarətsiz menecerlər müxtəlif maliyyə mexanizmləri ilə mənimsəmələrə yol verir və xidmətləri bahalaşdırırlar”.

//Gülnarə Abasova, Editor.az