Azərbaycanda təbii qazın qiyməti artacaq? – AÇIQLAMAbackend

Azərbaycanda təbii qazın qiyməti artacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 070 ABŞ dollarına çatıb.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib. Qiymətlərin rekord həddə çatması dünya bazarına təbii qaz satan Azərbaycanın təbii qaz üzərində məbləğin yüksəlib-yüksəlməyəcəyi də sual doğurur.

Rusiya-Ukrayna müharibəsi, logistik xərclərin artması və s. səbəblərdən Azərbaycan da digər ölkələrdə də olduğu kimi bir çox ərzaq və başqa məhsullarda həddindən artıq qiymət artımı müşahidə olunur. Bununla belə təbii qazın da qiyməti artarsa əhalinin sosial vəziyyəti necə olacaq? Qiymət artımı ehtimalı varmı?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov dünyada, xüsusilə Avropada təbii qazın qiymət artımını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:

“ Dünyada təbii qazın qiymət artımı Rusiyaya qarşı sanksiyalar, Rusiyanın Avropaya qazı kifayət qədər satmaması və digər səbəblərlə əlaqədardır. Azərbaycanda da təbii qazın qiyməti artır. Biz də dünyana qaz satırıq və bu bazar yəni həm neft, həm də qaz satışı Azərbaycanın xeyrinədir. Amma Azərbaycanda istehlakçılar üçün qazın qiyməti qalxmayıb. Lakin bu artımın da baş vermə ehtimalı qüvvədədir”.

Ekspertin sözlərinə görə, Tarif Şurasının qəfildən qiymət qaldırmaq ənənəsi var:

“Amma təbii qazın qiymətinin artması indiki halda gözlənilmir. Onsuzda qiymətlərin yüksək olduğu bir vaxtda qazın da qiyməti artsa, ölkədə sosial vəziyyət olduqca çətinləşəcək. İndiki vəziyyətdə Azərbaycanda təbii qazın qiymət artımı gözlənilmir.”

//Safura Bənnayeva, Editor.az