Azərbaycanın tarix yazdığı GÜN: “Qarşımızda hələ çox böyük hədəflər var”-Millət vəkili ŞƏRH EDİRbackend

Azərbaycanın tarix yazdığı GÜN: “Qarşımızda hələ çox böyük hədəflər var”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdı. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun əks-hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi”.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov  Editor.az-a açıqlama verib.

Millət vəkili bildirib ki, düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu:

“Həmin gün xalqa növbəti müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Bu gün həmin şanlı tarixin yazılmağa başladığı gündür. Azərbaycan bu iki il ərzində nə qədər yol qət edib?
Azərbaycan xalqı bu dövrdə böyük məsafə qət edib. İki il bundan əvvəl biz müharibəyə hazırlaşırdıq. Ermənilərin növbəti dəfə təxribatının qarşısını alırdıq. Bu dəfə isə biz artıq torpaqlarımızı azad etmişik. Məğlub xalqdan, qalib xalqa çevrilmişik. Bu gün bizim qarşımızda çox ciddi və əhəmiyyətli vəzifələr durur. Bu vəzifələr ondan ibarətdir ki, qısa müddətdə Qarabağı Azərbaycanın ən gözəl guşələrindən birinə çevirməliyik”.

Millət vəkili bildirib ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev böyük səylə çalışır:

“İki il bundan əvvəlki Azərbaycanla bu günü müqayisə etsək böyük nailiyyətlər əldə etdiyimizi görərik. Yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycan çalışır. Qarşımızda çox əhəmiyyətli vəzifələr var və biz əminik ki, bunun öhdəsindən gələcəyik. İki il bundan əvvəlki dövr olduqca çətin idi. Azərbaycan xalqı uzun illər idi ki, bu uğuru gözləyirdi. Nəticədə biz öz istəklərimizə nail olduq və qələbə qazandıq. Bu qələbə bu gün Azərbaycan xalqını qalib xalq etdi. Hələ də qarşımızda çox böyük hədəflər var. Biz bir an belə dayanmayacağıq. Qələbəmizin daha da möhkəmləndirilməsi, qalan torpaqlarımızın azad olması üçün var gücümüzlə çalışmalıyıq”.
 
//Safura Bənnayeva, Editor.az