“Azərbaycanla dostluq mövqeyindən çıxış edən Rusiya Ermənistanın maraqlarına xidmət edir”-ŞƏRHbackend

“Azərbaycanla dostluq mövqeyindən çıxış edən Rusiya Ermənistanın maraqlarına xidmət edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri çərçivəsində ölkə başçısı ilə görüşündə, “dostluq,qardaşlıq, müttəfiqlik” münasibətlərinə toxunulmuşdu. Bunun ardınca isə onun İrəvana getməməsi bu dəfə “fərqli münasibət, görüş” kimi qiymətləndirildi. Lakin Lavrov erməni həmkarı ilə Hindistanda görüşdü, Azərbaycanın Laçın yolu ilə bağlı fikirlərinə uyğun olmayan yanaşma ilə çıxış edib əslində Ermənistanı, separatçı qüvvələri dəstəklədiyini göstərmiş oldu. Son təxribatlar dediklərimizi əsaslandırır.

Məsələni Editor.az-a şərh edən siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Lavrovun 2 günlük Bakı səfərindən sonra İrəvana getməməsi Ermənistanda da ciddi narazılıqla qarşılanmışdı:

“Bu, Rusiyanın Ermənistana olan münasibətinin göstəricisi idi. Heç kimə sirr deyil ki, Rusiya Ermənistan hakimiyyətinin yeritdiyi siyasətdən ciddi şəkildə narazıdır. Lavrov ölkəmizin maraqlarına uyğun olmayan açıqlamalar verib. Onun 10 noyabr bəyannaməsini əsas gətirərək nəzarət- buraxılış məntəqəsinin yaradılmaması istiqamətindəki fikirləri buna daxildir. Azərbaycanın ərazilərində nəzarət- buraxılış məntəqəsi yaratması üçün heç bir qadağa yoxdur. 10 noyabr sənədində heç Zəngəzur dəhlizində də nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmayıb, amma Ermənistan bunu istəyir və Rusiya da dəstək verir. Rusiyanın bu iddiaları rəsmi İrəvanın mövqeyi ilə razılaşması anlamına Məşhur bir fikir var ki, Rusiya Azərbaycan-Ermənistan münaqişəsində kimin tərəfindədir? Cavab isə, münaqişənin. Rusiya nə Ermənistanı, nə də Azərbaycanı müdafiə edəcək. Ölkəmiz güclü olduğundan rəsmi Moskva əksər hallarda bizimlə razılaşmaq məcburiyyətində qalır. Sülhməramlılar müraciətimizə cavab verməyəcək. Necə ki, Rusiya “İsgəndər” raketi ilə bağlı sorğumuza cavab vermədi, minalarla bağlı hələ də ortaya mövqe qoymayıb, bu mövzu da cavabsız qalacaq. Azərbaycan suverenliyinin təmin olunması istiqamətində addımları davam etdirməlidir. Aparılan siyasət tam dəqiq və doğrudur”.

//Safura Bənnayeva, Editor.az