Azərbaycanla Ermənistan sərhədində Rusiya hərbiçiləri yerləşdiriləcək?- Açıqlambackend

Azərbaycanla Ermənistan sərhədində Rusiya hərbiçiləri yerləşdiriləcək?– Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni mənbələr Azərbaycanla Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbiçilərinin yerləşdiriləcəyi məlumatlarını yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah rəisi Artak Davtyan məlumatı təsdiqləyir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, məlumatda diqqət çəkən məqam Rusiya hərbiçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyi məsələsidir:

“Bu, proseslərin iki mümkün istiqamətdə inkişaf etdiyi ehtimalını önə çıxarır:

“Birincisi, Azərbaycan hərbiçiləri sərhəddə mövcud olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə uyğun həyata keçiriləcək;

İkincisi, sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud olan “beynəlxalq müşahidəçi” təklifi arxa plana keçib”.

Siyasi analitik qeyd edib ki, ikinci diqqət çəkən məqam isə  Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər verir.Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi: bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin bütün istiqamətini yox, Kəlbəcər istiqamətində – Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu.Qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması bir neçə kontekstdə əhəmiyyətlidir:

“Birincisi, SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq: “beynəlxalq müşahidəçi”lərin gəlişi bu prosesdə əsas əngəl ola bilərdi”.

“İkincisi, Bu müqavilə Azərbaycan və Ermənistanın bir-birinin dövlət sərhədinin tanıması, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir”.

“Üçüncüsü, ABŞ bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm Qarabağ məsələsində Bakının əlini ikiqat gücləndirir”.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!