Azərbaycanlı baş redaktorlar Türkiyənin nüfuzlu xəbər agentliyində-FOTOLAR
Azərbaycanlı jurnalistlər – Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli və Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı Türkiyənin ən nüfuzlu xəbər agentliklərindən olan Haberler.com redaksiyasını ziyarət ediblər.Bu barədə Bakıvaxtı.az-a F.Şahbazlı bildirib.Onun sözlərinə görə, gorüsdə birgə əməkdaşlıqla bağlı planlar müzakirə olunub.
Azərbaycanlı jurnalistlərin Haberler.com-un xəbər müdiri Olgun Kızıltepeyle də görüşü olub.
Görüşdə Azərbaycan və Türkiyədə media sahəsində aparılan islahatlar, görülən işlər müzakirə olunub və informasiya mübadiləsində hər iki ölkə jurnalistlərinin birgə fəaliyyəti gündəmə gətirilib.

