Nazilə Səfərli ötən gün “Həmin Zaur” verlişinə xeyli gecikib.
Milli.Az xəbər verir ki, qiraətçi xanım gecikməsini bu hadisə ilə əlaqələndirib:
“Dünən başıma iş gəlib. Mən dilimin bəlasına düşmüşəm. Mən bir ellim var – Gürcüstanlı, Məhbubə xanım, zəng vurublar götürməmişəm. Mesaj yazıblar ki, “maşınımız 7-ci mikrarayonda qırılıb, qalmışıq yolun ortasında”. Mən də onlara kömək üçün zəng etdim. Təsadüfən mən də 7-ci mkr-dayam. Soruşuram ki, hara gəlmək lazımdır?”, deyir “Səni yoxluyurdum”. Deyirəm, mənə bax e, yarım əsr yaşım var, deyir səni yoxlayırdıq görək köməyə yetənsən, yoxsa yox.
Yerimi dedim gəldilər. Qapını aç, əllərində iki torba göy-göyərti, min maşına, denən “sür”. Deyirəm, hara, cavab verir ki, sizə. Soruşdum ki, kətə bişirməyə gedirik? Deməyib ki, sizə qonaq gələcəm. Bir də soruşdum “Həqiqətən bizə gedirik?”, dedi “Az sür, məni nerviləndirmə”.
O minvalnan bu gecə səhər 4-ə qədər kətə bişirmişik”.


