Azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları aparılır-Ukrayna FHN məlumat yaydıbackend

Azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları aparılır-Ukrayna FHN məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ordusunun geri çəkildiyi yerlərdə minalardan təmizlənmə əməliyyatı həyata keçirir.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təmizləmə əməliyyatları Nikolayev, Donetsk, Kiyev, Xarkov və Sumi şəhərlərində həyata keçirilir. Ən çox silah-sursat və minalardan təmizlənməyə ehtiyac olan ərazi isə Nikolayev şəhəridir .

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə isə ən çox Çerniqov kəndində partlamamış minalara rast gəlinir. Yenicə azad olunmuş Buça şəhərində isə gündə 4 mindən çox partlayıcı maddə aşkarlanır.

Qeyd edək ki, münaqişənin başlamasından bu ana qədər 26526 partlayıcı qurğu və 417 kilo partlayıcı maddənin, o cümlədən, 1366 döyüş sursatının zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

//Editor.az