Azad olunmuş Füzuli şəhərində neçə seçici səs verəcək?backend

Azad olunmuş Füzuli şəhərində neçə seçici səs verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 fevral növbədənkənar prezident seçkisində azad olunmuş Füzuli şəhərində ümumilikdə 5 619 seçici səsvermə hüququndan istifadə edəcək.

Bu barədə “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına 84 saylı Füzuli dairə seçki komissiyasından məlumat verilib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.