“AZAL bərbaddır, getdikcə hər şey də pisləşir” – Fotolarbackend

“AZAL bərbaddır, getdikcə hər şey də pisləşir” – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

45 dəqiqəlik uçuş boyu yalnız ağlayıb qışqırdığını deyən tanınmış bloger Aysel Şükürova yaşadığı gərgin anları bölüşüb.

Bloger bu barədə İnstaqram hesabında paylaşım edib. O bildirib ki, panik atak o qədər güclü olub ki, heç cür sakitləşə bilməyib:

“Panik atakım necə tutmuşdusa, heç cür özümə gələ bilmirdim. Uzun aradan sonra belə bərbad uçuşumuz olmamışdı. Çox, çox, çox bərbad idi. Təyyarənin vəziyyəti də yaxşı deyildi”.

Aysel Şükürova qeyd edib ki, enişdən sonra vəziyyət daha da çətinləşib. Onun sözlərinə görə, yağışlı hava şəraitində sərnişinlər təyyarədən piyada şəkildə avtobusa qədər getməli olublar:

“Enəndən sonra bu yağışlı havada avtobusa minənə qədər piyada getdik və tam su içində qaldıq. Bir Allah bilir, necə gəlib çıxdıq”.

Bloger paylaşımında aviabiletlərlə bağlı endirim iddialarına da toxunub. O bildirib ki, elan edilən endirimlər reallığı əks etdirmir:

“Guya 45 faiz endirim ediblər. Dünən soruşuruq, 50 istiqamətə 45 faiz endirim elan olunub. Amma adi vaxt 1400 manat olan bilet həmin tarixə 1470 manat idi. Bu, sadəcə gülməlidir. Endirim bunun harasındadır? Hətta həmin istiqamətə 600 manata bilet satıldığını da deyirdilər”.

Bloger əlavə edib ki, hər dəfə ümid etməyə çalışsa da, vəziyyət getdikcə daha da pisləşir.