“AZAL”dan növbəti rəzalət-Praqaya üçan təyyarənin bələdçiləri….backend

“AZAL”dan növbəti rəzalət-Praqaya üçan təyyarənin bələdçiləri….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”AZAL-ın  Bakıdan Praqaya uçan reysində işçi heyətdə bir nəfər də olsun Azərbaycan dilində danışan yoxdur”.

Bunu tanınmış hüquq müdafiəçisi Mirvari Qəhramanlı sosial heabında yazıb.

Hüquq müdafiəçisi qeyd edib ki, təyyarədə elanlar yalnız ingilis dilindədir və bələdçilər ingilisdillidir: “Bu halda uçduğum təyyarə hansı ölkəyə mənsubdur?  Niyə mənim ölkəmə məxsus olan hava yollarında bütün heyət ingilisdillidir?”

Son zamanlar AZAI-ın reyslərində dövlət dilinə olan belə laqeyd münasibət ciddi müzakirələrə səbəb olur. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, Azərbaycan Hava Yolllarına məxsus aviaşirkətin dövlət dilinə bu münasibəti qınanılmalıdır. Praktikada ayrı-ayrı ölkələrə məxsus hava gəmilərində elanlar ilk olaraq həmin ölkənin ana dilində, sonra isə ingilis dilində verilir.

Eyni məsələ bələdçilərə də aiddir ki, onlar öz vətəndaşları ilə ana dilimizdə ünsiyyət qurmalıdır.

//xalq.az