Xəbər verdiyimiz kimi, Naxçıvandan Bakıya uçuş həyata keçirən AZAL sərnişinlərə qarşı biganələyi davam etməkdədir.
Azərbaycan Hava Yolları şirkəti (AZAL) Bakı- Naxçıvan və Naxçıvan-Bakı reysləri üçün bilet qıtlığı aktual olsada bu məsələ öz həllini tapmayıb. Digər problem isə uçuşların gecikməsi ilə bağlıdır. Belə ki, sərnişinlər saatlarla Naxçıvan hava limanında Bakıya uçuşlarını gözləyirlər. XALQ.AZ-a göndərilən görüntülərdə aydın olur ki, uçuşun geçikməsinə baxmayaraq heç bir lazımi tədbir görülmür, və sərnişinlər haqlı narazılıqlarını bildirirlər.
Həmçinin yeni tədris ilinin başlanmasına az müddət qaldığı üçün Naxçıvandan Bakıya qayıda bilməyən yüzlərlə tələbə var, onlar Bakıya gəlmək üçün bilet tapa bilmədiyini qeyd edirlər.
AZAL əlavə reyslərin açılmasını təmin etsədə görünür bu yetərli deyil. Bu məsələ ilə bağlı “AZAL”-a sorğumuz cavabsız qaldı.