AZAL qiymətləri yenə GÖYƏ QALDIRDI: İnhisarçılıq, fürsətcillik… – İqtisadçıdan SƏRT tənqidbackend

AZAL qiymətləri yenə GÖYƏ QALDIRDI: İnhisarçılıq, fürsətcillik… – İqtisadçıdan SƏRT tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL turzim şəhərlərinə uçuşların biletlərini yenidən bahalaşdırıb. Artıq əksər şəhərlərə təşkil olunmuş aviauçuşlar üzrə biletlərdə 200-300 manat bahalaşma müşahidə olunur.

Hazırda Bakı-Antaliya reysləri üzrə ekonom uçuşların qiymətləri gediş-gəliş daxil 1000 manata qalxıb. Bundan başqa, Bakı-Tbilisi uçuşlarında da artım pik həddə çatıb. AZAL-ın rəsmi saytında gediş-gəliş qiyməti ekonom klass üçün 700 manata qədər yüksəlib.

Qeyd edək ki, yay mövzsümü ilə əlaqədar Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə təşkil olunan uçuşlar üzrə bahalaşmanı AZAL təlabatın çox olması ilə əlaqələndirir. Halbuki şirkətin belə bir bəhanə gətirməsi məntiqsizdir. Çünki təlabat artdığı təqdirdə, şirkətin bilavasitə vəzifəsidir ki, uçuş saylarını artırsın.

Digər tərəfdən, şirkət Azərbaycanda inhisarçıdır və təkbaşına istənilən qiyməti qoymaqla, sərnişinləri çıxılmaz vəziyyətə salır. Rəsmi qurumlar isə uzun illərdir bu qiymət siyasətinə qarşı hər hansı tədbir görmürlər. Yalnız bir neçə deputat etiraz edərək, qiymətlərin baha olmasından şikayətləniblər ki, bu da yetərli deyil.

Tribunainfo.az onu da bildirir ki, sosial şəbəkələrdə bu mövzu ətrafında xeyli tənqidi müzakirələr də aparılır. Böyük əksəriyyət AZAL-ın fürsətdən istifadə edərək, əhalinin cibinə girdiyini bildirirlər. Onlar deyirlər ki, hazırda tətbiq olunan qiymətlə Avropanın əksər şəhərinə uçaraq, bir neçə gün qalmaq belə mümkündür.

Tribunainfo.az onu da araşdırıb ki, hazırda Avropa ölkələrində uçuşların qiymətləri Azərbaycandan çox-çox aşağıdır. Məsələn, hazırda 3 saat 20 dəqiqəlik Eindhovendən Mərakeş, 3 saatlıq Mərakeşdən Romaya uçuşlar toplam 25 avrodur. Belə ki, Eyndhoven-Mərakeş 10 avro, Mərakeş-Roma bileti isə 15 avro təşkil edir.

Araşdırma zamanı o da məlum olub ki, AZAL-ın təkcə Antaliya üçün müəyyən etdiyi qiymətə 100 manat da əlavə edərək, Bakıdan Nyu Yorka uşmaq olar.

Ekspertlər isə bildirirlər ki, AZAL-ın “təlabat çoxdur” yanaşması əsassızdır. Onlar hesab edirlər ki, şirkət mövsümlə əlaqədar strategiyaya malik olmalı, hələ qışdan hazırlıq işləri görməliydi. Qiymətlərin sabit qalması üçün uçuş saylarını artırmaq imkanı varkən, bu taktikanı seçməli, əks halda, kənar şirkətləri prosesə cəlb etməliydi.

Onların rəyinə görə, əgər Azərbaycan bazarlarında “Ryanair”, “WizzAir” kimi şirkətlər fəaliyyət göstərsydi, o zaman AZAL indiki şəkildə davrana, istədiyi qiyməti tətbiq edə bilməzdi.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, quru sərhədlərin bağlı olmasından istifadə edərək qiymətləri daha da qaldırırlar. Ancaq bu çıxış yolu deyil, fürsətdən istifadə etməkdir:

“İqtisadi nəzəriyyədə belə bir anlayış var ki, tələbat olanda qiymətlər qalxa bilər. Bir defisit olanda qiymət qalxır, bir də təlabat olanda. Amma müasir dövrdə xidmət sektorunda bu tətbiq olunmamalıdır.

Əgər təlabat artıbsa, əlavə reyslər açılmalıdır. Nəzərə almaq lazımdır ki, quru sərhədlər bağlıdır. Quru sərhədlər açıq olsa vətəndaşlarımız Gürcüstana qatarla və yaxud avtomobillə gedərlər və oradan da çox ucuz səfər edərlər.

Necə olur ki, Gürcüstanda təlabat artanda qiymətlər qalxmır, bizdə isə fürsət bilib qaldırırlar? Bu “genetik xəstəliyə” çevrilib. Deyirlər ki, yaydır, mövsümdür, təlabat artıb, qiymətlər də ona görə qalxır. AZAL bundan istifadə edib qazanc əldə edir. Şirkətlərin, təşkilatların qazanc əldə etməsi normaldır. Ancaq bu yolla yox. Təbii ki, bu qiymətdə də bilet alanlar var, ancaq vətəndaşların əllərində alternativ variant yoxdur axı.

Quru sərhəd açıq olsa hər kəs gedib Gürcüstandan səfər edə bilər və yaxud Naxçıvandan keçib Sədərəkdən Türkiyəyə gedə bilər, oradan da rahatlıqla səfərlərini edə bilərlər. Ancaq quru yolları bağlı olduğu üçün AZAL bundan istifadə edir. Halbuki yeni imkanlar yaratmalıdır.

Bu birinci dərəcəli qiymət diskriminasiyasıdır. AZAL bəzən qiymət artımını xidmətin yüksəlişi ilə də əlaqələndirir. Xidmət yüksək ola bilər, ancaq təlabat da çoxdursa əlavə reyslər açılmalıdır. Qiymət artımı çıxış yolu deyil”.

Tribunainfo.az