Azay Quliyev:”ATƏT PA-nın Bürosu milli maraqlarımıza tam cavab verən, tarixi qətnamə layihəsi qəbul etdi”backend

Azay Quliyev:”ATƏT PA-nın Bürosu milli maraqlarımıza tam cavab verən, tarixi qətnamə layihəsi qəbul etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev az əvvəl tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib.

Editor.az-ın məlumatına görə, o yazıb: “Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Məlumat üçün bildirək ki, Azay Quliyev hazırda ATƏT PA-nın Kopenhagendə keçirilən növbəti Büro iclasında iştirak edir.