Azər Badamov: “Ermənistan əhalisinin ölkənin gələcəyi ilə bağlı heç bir ümidi yoxdur”backend

Azər Badamov: “Ermənistan əhalisinin ölkənin gələcəyi ilə bağlı heç bir ümidi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Erməni xalqı bədbəxt millətdir. Onların ağıllı lideri yoxdur ki,xalqı öz arxasınca apara bilsin’’.

Bu sözləri Editor.az- açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan özündən əvvəlki liderləri talançılıqda, ordunun düzgün təşkil edilməməsində ittiham edir: “Bunlar ciddi faktlardır və bunların seçkiqabağı açıqlanması Köçəryan və ətrafının reytinqinə kəskin şəkildə təsir göstərəcək. Hal-hazırda seçkiqabağı kampaniya çərçivəsində Ermənistan gündəmində gərginlik yaşanır və insanlar bilmirlər ki, kimə səs versinlər. Hətta biz görürük ki, əhali arasında kimə səs verecəkləri barədə sorğu aparılan zaman əhalinin bir hissəsi İlham Əliyevin də adını çəkir. Bu onu deməyə əsas verir ki, Ermənistan əhalisinin ölkənin gələcəyi ilə bağlı heç bir ümidi yoxdur. Düşünürəm ki,belə bir şəraitdə xalq çarəsizlikdən Paşinyana səs verəcək. Digər namizədlər hakimiyyətdə olduğu illər ərzində yalnız ölkəni talamaqla, özbaşınalıqla yadda qalıblar. Paşinyan özündən əvvəlki liderlərə nisbətən xalqı öz arxasınca apara bildi. Düşünürəm ki, Paşinyan digər seçicilərə nisbətən insanların seçkidə səs verə biləcəyi daha uyğun namizəddir’’.

Editor.az, Gülnarə Abasova