Azər Qəribdən SƏRT SÖZLƏR: Halal arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə isə…backend

Azər Qəribdən SƏRT SÖZLƏR: Halal arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə, ərəblərin isə ümumiyyətlə mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?

Bu sözləri “Oralar” layihəsinin aparıcısı Azər Qərib qeyd edib. Azərbaycanda turizm sahəsində baş verən narazılıqlardan söz açan səyyah tənqidlərini çox sərt formada ifadə edib. A.Qərib bildirib ki, restoranlarda vahid qiymətlər yoxdur. Qiymət müştərinin görünüşünə, avtomobilinə və geyiminə görə dəyişir:

“Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər, harada işləyir, maaşı nə qədərdir, konvertdə nə qədər alır, neçə faiz otkatla işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir. Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”.

//publika.az

Loading...