“Azərbaycan 3 günə…” – Erməni politoloqdan SENSASİON AÇIQLAMAbackend

“Azərbaycan 3 günə…” – Erməni politoloqdan SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağdakı münaqişə hər an qaynar fazaya keçə bilər”.

 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Sergey Melkonyan deyib.

“Azərbaycanda artıq ictimaiyyət və ekspertlər səviyyəsində “antiterror əməliyyatı”ndan danışılır. Bu əməliyyat ilk növbədə “Dağlıq Qarabağın müdafiə ordusuna və polisə (qondarma qurumda qanunsuz silahlı dəstələrə – red.) yönələcək. Həmin əməliyyat zamanı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan əraziyə tam nəzarəti bərqərar etmək üçün dəqiq zərbələr endiriləcək”, – deyə erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ukrayna kampaniyası fonunda Rusiyanın təzyiq imkanlarının xeyli azaldığını görür: “Rusiya sülhməramlılarının hazırkı kontingenti Azərbaycan tərəfindən həyata keçirilə biləcək hücumların qarşısını almaq üçün kifayət deyil. Azərbaycanın Qarabağ ətrafında cəmləşmiş yeni hərbi bazaları, çoxlu sayda hücum silahı və hərbi texnikası olduğu nəzərə alınsa, bütün proses cəmi 3 günə tamamlana bilər”.

Melkonyan Rusiyanın sülhməramlı missiyasının mandatının 2025-ci ilin noyabrında başa çatdığını xatırladaraq, Azərbaycan tərəfinin həmin müddəti yeniləmək niyyətində olmadığını söyləyib. “Yəni hansısa yeni düstur icad olunmasa, Rusiya tədricən oradan çıxmalı olacaq”, – deyə o bildirib.