“Azərbaycan ABŞ-a nota verməlidir”-AÇIQLAMAbackend

“Azərbaycan ABŞ-a nota verməlidir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Dövlət Katibi Antoni Blinkenin bu bəyanatı təəssüf doğurur. Həmin fikirlər proseslərin təhrif edilməsidir”.

Bunu Editor.az-a poltoloq Məhəmməd Əsədullazadə ABŞ Dövlət katibinin sentyabrın 10-da yayılan “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı mətbuat üçün bəyanatında “ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır.

Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik”-deyə yer alan fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiyanın göndərdiyi humanitar yüklərin daşınmasına mane yaradır: “Qarabağda humanitar böhran mövcud olsaydı, həmin yüklər günlərlə yolda gözlədilməzdi.

Burada ermənilər humanitar şou yaradıb. ABŞ rəsmilərinin bu fikirləri səsləndirməsində erməni lobbisinin rolu danılmazdır. Antoni Blinken çox yaxşı bilir ki, humanitar şounun pərdəarxasında separatçıların status alması, Laçın yolundan lap əvvəlki qaydada sərbəst şəkildə gediş-gəlişin təmin edilməsi və bundan sonra da Qarabağa silah-sursatın daşınması dayanır. Azərbaycan isə qəti şəkildə buna imkan verməz”.

Politoloq Azərbaycanın ABŞ-a nota verməli olduğunu düşünür: ” Dövlət katibi Antoni Blinkenin bu bəyanatı ABŞ-Azərbaycan münasibətlərinə və ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında vasitəçilik istəyinə kölgə salmış oldu. Rəsmi Bakı qətiyyətli, prinsipial şəkildə qanunsuz formadaLaçın yolundan istifadəyə imkan verməməlidir”.

//Safura Bənnayeva, Editor.az