“Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifə açılır”- Millət vəkilibackend

“Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifə açılır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“9 apreldə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq forumda Azərbaycan-Ermənistan, ABŞ-Ermənistan münasibətləri haqqında müəyyən fikirlər səsləndirdi. Dövlət başçımızın qeyd etdiyi kimi, Bayden-Blinken komandası Azərbaycan-ABŞ münasibətlərini böhrana sürüklədi və Azərbaycan Ermənistan arasında sülhün yaranmasına bir zərbə vurdu”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilmiş görüşdə Ermənistanın silahlandırılması ilə bağlı sənədin imzalanması və məhz ondan sonra Avropa İttifaqının Sülh Fondu vasitəsilə Ermənistana silahların alınması üçün ayırdığı vəsait artırılması regionda yenidən gərginliyin yaradılmasına hesablanmışdı:

“Blinkenin Azərbaycana olan qərəzinin ifadəsi olaraq hakimiyyətini təhvil verilməsinə 5 gün qalmış Ermənistanı dəvət edərək ABŞ Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mümkün qədər sülh prosesinə endirdiyi zərbənin nümayişi idi. Amma Trampın hakimiyyətə gəlməsi və demokratların hakimiyyətdən getməsi Ermənistana, həm də onun dırnaqarası dostlarına ən pis xəbər oldu.

Cənab Prezident İlham Əliyev Tramp administrasiyasının siyasətinin bölgə üçün əhəmiyyətli olduğunu qeyd etdi. Trampın əvvəlki hakimiyyəti dövründə də Azərbaycan ABŞ münasibətləri yüksək səviyyədə inkişaf edirdi. Amma Bayden Blinkenin komandası ölkələrimizarası münasibətlərə zərbə vurdu. İndi isə Trampın yenidən hakimiyyətə qayıtması Azərbaycan ABŞ münasibətlərində yeni bir səhifə açacaq və regionumuza sülhün gəlməsi üçün töhfə verəcək. Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasını dəstəkləyir və Ermənistan da öz “dostlarının” vədlərinə və verdiyi silahlara aldanmayaraq konstruktiv mövqe sərgiləməyə başlasa, regionumuzda davamlı sülh yarana bilər”.

//Gülnarə Abasova, Editor.az