Azərbaycan ağırlıqqaldıranına 8 illik cəzabackend

Azərbaycan ağırlıqqaldıranına 8 illik cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova diskvalifikasiya olunub.

Editor.az apasport.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) məlumat yayıb.

Bir müddət əvvəl müvəqqəti diskvalifikasiya edilən milliləşən legioner ağır cəza alıb. O, 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Boyanka 2029-cu il mayın 3-dək cəzalanıb. Buna səbəb milliləşən legionerin antidopinq qaydalarını açıq şəkildə pozmasıdır.

2021-ci il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında götürülən test müsbət nəticə verib. Yarışda 59 kq çəki dərəcəsində qızıl medal qazanan idmançının testi qeyri-qənaətbəxş sayılıb. Onun orqanizmində qadağan olunmuş stanozolol steroid metaboliti aşkarlanıb.

Bu, idmançının ikinci belə qayda pozuntusu olacaq. Bolqarıstanlı idmançı 2016-cı il iyunun 10-dan 2018-ci ilin eyni tarixinədək 2 illik diskvalifikasiya yaşayıb. Həmin vaxt buna deqidroxlormetil-testosteron səbəb olub.

Qeyd edək ki, Boyanka 2015-ci ildə dünya, 2012-ci, 2015-ci, 2016-cı və 2021-ci illərdə Avropa çempionu olub.