Azərbaycan antiterror əməliyyatına başlayır?-“Xankəndidə mitinq başlayarsa…”-ŞƏRHbackend

Azərbaycan antiterror əməliyyatına başlayır?-“Xankəndidə mitinq başlayarsa…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratdıqdan sonra Qarabağdakı ermənilərin təslim prosesinə keçid olunacağı gözlənilirdi”.

Bu fikri Editor.az-a siyasi şərhçi Əziz Əlibəyli erməni mediasında yer alan, mayın 15-də yəni bu gün Samvel Babayanın rəhbərliyi altında Xankəndidə minlərlə insanın etiraz aksiyasına başlayacağı təqdirdə Azərbaycanın Şuşadan Xankəndinə ordu yeridəcəyi iddiasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağdakı ermənilərin problem yaratmasında Ermənistan hakimiyyətinin böyük rolu olub:

“Rəsmi İrəvanın üzərinə öhdəlik qoyulub. O münaqişənin həll olunmasına çalışmalı, eyni zamanda, separatçılara silah göndərilməsi, terrora dəstək verilməsini yekunlaşdırılmalı idi. Həm Arayik Artunyan, həm Samvel Babayan, həm də Ruben Vardanyan beynəlxalq aləmdə Azərbaycan əleyhinə etnik təmizləmə adı altında təzyiq-təsir mexanizmi formalaşdırmağa çalışırlar “.

Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakının belə bir planı var:

“Qarabağda yaşayan ermənilər ya hakimiyyətimizi qəbul edib vətəndaşlıq statusuna sahib olacaqlar, ya da bölgəni tərk etməlidirlər. Bu prosesə qədər görünən odur ki, Azərbaycanı beynəlxalq insan haqları prizmasında xalqların öz müqəddəratını təyinetmə anlayışı adı altında hədəfə gətirməyə çalışırlar. S.Babayan və digərilərinin bu tezisi Fransadan aldıqları da məlumdur. Heç şübhəsiz ki, ordakı terrorçuların Azərbaycan əleyhinə döyüşlərə hazırlanması ilə bağlı informasiyalar da dəqiqdir “.

Analitik Rəsmi Bakı ilə Qarabağdakı separatçılar arasında silahlı qarşıdurmanı istisna etmir:

“Onlar təslim olmursa, Azərbaycan da antiterror əməliyyatına başlayacaq. Bu məsələ başqalarının iddia etdiyi kimi dövlətlərarası münasibətlərə aid deyil. Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirməklə prosesi öz yoluna qoyacaq “.

//Safura Bənnayeva, Editor.az