“Azərbaycan artıq 12 ölkənin qaz təchizatında mühüm rol oynayacaq”-ŞƏRHbackend

“Azərbaycan artıq 12 ölkənin qaz təchizatında mühüm rol oynayacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidentinin Serbiya səfəri Bolqarıstana ötürülən interkorretorun açılışı ilə bağlı idi”.

Bu sözləri Editor.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya səfəri ilə bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, bu interkorrektorun fəaliyyətə başlamasında əsas məqsəd Rumıniya və Bolqarıstana Azərbaycan qazının çatdırılması idi:

“Azərbaycan sözünə sadiq bir dövlət olduğunu bir daha göstərdi. Çünki il sonuna qədər Rumıniyaya qaz çatdıracağımızla bağlı fikirlər söyləmişdik və bunu gerçəkləşdirdik. Bütün bunların fonunda Azərbaycan artıq 12 ölkənin qaz təchizatında mühüm rol oynayacaq. Azərbaycan bu sahədə Avropada oyunçu statusunda çıxış edir və ölkə başçısının yürütdüyü siyasət Avropada birmənalı olaraq müsbət qəbul olunur”.

//Səbinə Hüseynli, Editor.az