“Azərbaycan artıq antiterror əməliyyatlarını sürətləndirməlidir. Belə ki, təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatı separatçılar və onları qoruyan rus sülhməramlıları tərəfindən kobud şəkildə pozulur”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın sülh və konstruktiv dialoq, həmçinin öz yurisdiksiyanın bərpası, erməni quldur dəstələrinin Xankəndi və ətrafından çıxarılmağı ilə bağlı dəfələrlə etdiyi çağırışlara müsbət cavab verilmir:
“Biz sistematik olaraq nəinki Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə dəstək, əksinə bu prosesi əngəlləyən addımların şahidi oluruq. Bu isə Azərbaycanın öz ərazilərində qanuni əməliyyatlar keçirtməsi məsələsini legitimləşdirir. Bu baxımdan hesab edirəm ki, haqlı tələbləri yerinə yetirilmədiyi halda Azərbaycanın hər zaman antiterror əməliyyatları keçirtmək hüququ var. Xüsusilə separatçıları dəstəkləyən xarici güclərin Xankəndi ermənilərinin Azərbaycana inteqrasiya prosesinə maraqlı olmadığı təqdirdə rəsmi Bakı əməliyyatlara ən yaxın zamanda start verəcək”.
//Gülnarə Abasova, Editor.az

