“Freedom House”dan növbəti qərəzli qərar-AÇIQLAMAbackend

“Freedom House”dan növbəti qərəzli qərar-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatında yer alan xəbərə görə, “Freedom House”un 2022-ci il üçün hesabatında İnternet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir. Gürcüstan 7-ci, Ermənistan isə 14-cü yeri tutub. Bununla da Azərbaycan “azad olmayan İnternet”ə malik olmayan ölkə adlandırılıb.

Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov qeyd edib ki, “Freedom House” təşkilatı dəfələrlə Azərbaycan əleyhinə obyektiv olmayan bəyanatlarla çıxış edir:

“Yalnız internet deyil siyasi, iqtisadi və digər sahələrdə də yalnış məlumatlar verib. Bu baxımdan həmin təşkilatın Azərbaycanı “azad olmayan internet”ə malik ölkə adlandırması müəyyən mənada sual doğurur. Bu gün statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda hər bir istifadəçi istədiyi sayta asanlıqla daxil ola bilər. Bu sahə tamamilə azaddır. Hər bir insan öz istəyinə, maraqlarına uyğun olan saytlara baxa bilir. Bu çıxışlar tamamilə Azərbaycana qarşı qərəzli mövqe tutulduğunu göstərir. Bəzi Avropa ölkələrində internet sahəsində müəyyən göstəricilərdə tamam fərqli yanaşmalar mövcuddur. Azərbaycan belə sözügedən göstəricilərdə də azaddır.
“Freedom House”un Azərbaycanı “azad olmayan internet”ə malik ölkələr siyahısına salınması qərəzli mövqedir. Belə göstəricilər hazırlananda həmin qurumlar yerli təşkilatlarla əlaqə saxlamalıdır. Amma onlar bunun əksinə həmin statistik məlumatları müəyyən mənbələrdən götürürlər. Ola bilər ki, həmin mənbələr Azərbaycana qarşı qərəzli mövqedə olar. Belə olan halda çıxan nəticə də düzgün olmur”.

Ekspert vurğulayıb ki, Avropa Birliyinin regionda böyük araşdırması aparılır: ” Azərbaycan üzrə araşdırma apararkən məlumatı az olan ekspertlərə üz tuturlar. Bu məlumatlar hamısı subyektiv yanaşma əsasında verilir. Qısaca qeyd edək ki, bütün bu problemlərin yaranmasının səbəbi hansısa sahədə məlumatı az olan insanlarım araşdırma apararkən elə az təcrübəyə malik ekspertlərə müraciət etməsidir. Bütün bunlar Azərbaycanın imicinə xələl gətirir”.

//Safura Bənnayeva, Editor.az