“ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çox böyük əhəmiyyət daşıyır”.
Bu sözləri Editor.az-a Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışı ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan artıq müxtəlif beynəlxalq tədbir və forumların keçirildiyi məkana çevrilib:
“Bu çərçivədə ADA universitetində baş tutan tədbir isə xüsusi əhəmiyyətə malikdir. Çünki burada Böyük Qayıdış-dan gedir. Tədbir həm də Azərbaycan həqiqələtləri, erməni vəhşiliyindən geniş bəhs olunmasına görə xüsusi əhəmiyyətə sahibdir.
Müharibə bitsə də informasiya müharibəsi hələ də davam edir. Biz müharibənin bu mərhələsində də qələbə çalmalıyıq, bunun üçün də lazımi bütün işlər görülür. Görülən işlər həyata keçirdiyimiz siyasətə də öz müsbət töhfəsini verir”.
//Səbinə Hüseynli, Editor.az

